Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının ilk turunda səfərdə Qazaxıstanın qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında millimizin kapitanı Maksim Medvedev açıqlama verib:
“Komandada əhval-ruhiyyə yaxşıdır. Mövsüm başa çatıb, bütün diqqətimizi milli komandaya yönəltmişik. Yeni mövsüm başlayır, rəqiblərimiz analiz etmişik. Zəif və güclü tərəflərini bilirik. Son 2 gündə oyuna hazırlıq prossesi gedir. Bu gün sonuncu məşqimizdır. Sabah ən optimal heyətlə mübarizə aparacağıq. İnanıram ki, komanda yoldaşlarım sabah ən yaxşı tərəfdən özlərini göstərəcəklər, “vuruşacaqlar”. Klublarımızdakı son oyunlardan xeyli vaxt keçib. İstirahət etmək üçün yetərincə vaxtımız olub. Baş məşqçimiz də bunu nəzərə alaraq oyunçuları yüksək tempdə saxlayıb və son iki gündəki məşq sırf oyuna hazırlıq xarakteri daşıyıb”.
saytlarin hazirlanmasi