Canni De Byazinin köməkçisi istefaya göndərildi

12:16 - 4 İyun 2022

Azərbaycan milli komandasının məşqçilər heyətində dəyişiklik baş verib.

 

Sportal.az xəbər verir ki, Canni De Byazinin köməkçisi Benito Karbone istefaya göndərilib. Bununla bağlı italiyalı mütəxəssis şəxsi instaqram hesabında paylaşım edib:

 

"İki gözəl ildən sonra Azərbaycan millisində baş məşqçi köməkçisi kimi fəaliyyətim başa çatır.

 

Prezidentə, məşqçilər korpusuna, işləyə bildiyim oyunçulara və əlbəttə ki, azarkeşlərə çox təşəkkür edirəm. Böyük ailənizin üzvü olmaq təcrübəsinə görə təşəkkür edirəm.

 

Mən burada çox xoşbəxt oldum, siz oyunçuları məşq etdirməkdən həzz aldım və şərəf duydum. Mənə özümü  evdəki kimi hiss etdirdiniz.

 

Vida edirəm və indi məşqçilik karyeramın növbəti mərhələsini səbirsizliklə gözləyirəm.

 

Sağ olun və Azərbaycana üçün uğurlar".

 

Qeyd edək ki, Benito Karbone 2020-ci ildən Azərbaycan milli komadasında çalışırdı.

Xəbər xətti