Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Cavad Kərimov fərqlənib.
Bu komandalar arasında növbəti oyun iyunun 10-da keçiriləcək.