"Musa Qurbanlıya heç bir iradım yoxdu"

10:55 - 8 İyun 2022

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Finlandiya - Azərbaycan qarşılaşmasından sonra milli komandamızın baş məşqçisi Milan Obradoviç fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, o, 0:3 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

"İlk hissədə taktiki oyunumuz sayəsində finlərə qapımız qarşısında təhlükəli vəziyyət yaratmağa imkan vermədik. Ümumiyyətlə, fasiləyə kimi rəqibdən heç bir cəhətdə geri qalmadıq. İkinci hissədə Finlandiya millisinin daha çox hücum edəcəyini bilirdik. Çünki onlara qələbə lazım idi. Bununla belə, komandamız dəqiq hücum sayəsində penalti vurmaq hüquqi qazandı. Çox təəssüf ki, Musa Qurbanlı bu şansdan yararlana bilmədi. Amma ona qarşı heç bir iradım yoxdur. Musa komandanın aparıcı oyunçularından biridir. O, hər məşqə və oyuna peşəkarcasına yanaşır. İnanıram ki, Norveçlə qarşılamada Musanın qol vurmaq şansları olacaq.

Əvəzində Finlandiya beş dəqiqə ərzində iki qol vurdu. Komandamız bu qollardan sonra da əzmkarlıq nümayiş etdirsə də, rəqib daha bir dəfə fərqləndi.

Hazırda bütün diqqətimizi Norveçlə oyuna yönəltmişik".

Xəbər xətti