"Barselona"da yeni müqavilə

16:44 - 10 İyun 2022

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.


Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi yarımmüdafiəçi Serji Robertonun başa çatan sözləşməsinin müddətini uzadıb. İspaniyalı futbolçu 2022/2023 mövsümünün sonuna kimi La Liqa klubunun şərəfini qoruyacaq.


Serji Roberto "Barselona"nın yetirməsidir. 30 yaşlı yarımmüdafiəçi 2013-cü ildən əsas komandada oynayır. O, başa çatan mövsümdə "Barsa"nın heyətində meydana çıxdığı 12 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Resim

Xəbər xətti