Nazir və "Zirə"nin fəxri prezidenti milli komandamızın üzvləri ilə görüşüb - FOTO

17:33 - 10 İyun 2022

Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında çıxış edən mini-futbol üzrə milli komandamız dünən 1/4 final mərhələsində ev sahibi Slovakiya yığmasına qalib gələrək(1:0) yarımfinala vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, iyunun 10-da gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər.

 

Mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib.

 

Xatırladaq ki, yarımfinalda Qazaxıstanla qarşılaşacaq millimizin matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Koşitsenin “Steel” arenasında start götürəcək.

 

Bir 12 kişi ve ayakta duran insanlar görseli olabilir

 

Bir 7 kişi ve ayakta duran insanlar görseli olabilir

 

Bir 7 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

 

Bir 7 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Xəbər xətti