Mahir Emreli: "Heç bir şey milli komandada oynamaqdan mühüm ola bilmәz"

22:20 - 10 İyun 2022

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının üçüncü turunda Bakıda Slovakiyaya 0:1 hesabı ilə məğlub olub.


Sportal.az xəbər verir ki, matçdan sonra yığmamızın hücumçusu Mahir Emreli "CBC Sport"a açıqlama verib. 25 yaşlı forvard millidə klubdan zəif oynamağı ilə bağlı suala cavab verib:

 

"Normal qarşılayıram bu fikirlәri. Әgәr qol vurmuramsa, tәnqidlәr olmalıdır, bu, başadüşülәndir. Bunu özüm dә hiss edirәm. Artıq qol vurmaq lazımdır. 

 

Xarici klubda oynamaq yaxşıdır, prestijdir, ancaq heç bir şey milli komandada oynamaqdan mühüm ola bilmәz. Özüm dә çox istәyirәm ki, bu fikirlәrә son qoyulsun. Әlimdәn gәlәni edәcәm bunun üçün". 

Xəbər xətti