"Simurq"un sabiq futbolçusu Ramin Nəsibov Azərbaycan yığmasının Millətlər Liqasında Slovakiyaya uduzmasından sonra sosial şəbəkə hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, keçmiş oyunçu feysbukda bunları yazıb:
"Nə yaxşı ki, stadiona getməmişəm və komandamın bu oyununu izləməmişəm. Uduzacağımıza əmin idim. Düzünü desəm, De Byazinin heç bir günahı yoxdur. Günahkar onu gətirib bu posta təyin edəndədir. Tezliklə, UEFA və FIFA-dan Cəbəllütariqlə oyun istəyəcəyik. Bəlkə onlara qalib gələ bilərik. Həqiqətən, ölkə futbolunun məhv olmasını izləmək canımızı yandırır".