21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 14-də, saat 20:00-da, Drammen şəhərindəki “Marienlyst” stadionunda keçiriləcək Norveç - Azərbaycan oyununun hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək:
Baş hakim: Luka Bilbiya
Baş hakimin köməkçiləri: Goran Dujak, Amer Maciç
Dördüncü hakim: Antoni Bandiç
(Hakimlər briqadası Bosniya və Herseqovinadandır)