Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 4-cü turunda Bakıda Belarusun 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra yığmamızın baş məşqçisi Canni De Byazi "CBC Sport" kanalına açıqlama verib:
- Bu qələbə üçün uşaqlar çox əziyyət çəkdilər. Hər üç oyunda da yaxşı oynadığımızı düşünürəm. Üç gün əvvəl burada Slovakiyaya məğlub olmuşduq. Fikirləşirəm ki, bu qələbəyə layiq idik.
- Komandanın qələbə qazanmasında əsas səbəb nə idi?
- Oyunun sonlarına yaxın sistemi dəyişdik və hücumaməyilli oynadıq. Sonradan meydana daxil olan futbolçular fiziki baxımdan daha hazır idilər və bizə kömək etdilər.
- Bu gün Emin Mahmudovun yorğunluğu hiss olunurdu. Nəyə görə onu əvəz etmədiz?
- Çünki, Emin bizim üçün çox vacib oyunçudur. Əmin idim ki, son dəqiqələrdə qədər oynaya, vuruşa biləcək. Ona görə də qərar verdik ki, Emin meydanda qalsın.
- 4 oyundan sonra sanki, qarşıya qoyulan hədəflərə dəyişib. Hələ də məqsəd ikincilikdir?
- Qazaxıstan güclü komandadır. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, onların çempionatında 10-cu tur gedir, bizdə və digər komandalarda isə artıq mövsüm başa çatıb. Ona görə də fiziki baxımdan onlar daha hazır durumdadırlar. Bu, böyük faktordur. Bakıda sentyabr ayında onlarla öz evimizdə oynayacağıq. Həmin matçda qələbə qazanmağa çalışacağıq.
saytlarin hazirlanmasi