Dünya çempionatına vəsiqə qazanan daha bir komanda məlum oldu

10:57 - 14 İyun 2022

DÇ-2022-yə vəsiqə qazanan daha bir milli komanda məlum olub.


Sportal.az xəbər verir ki, bu, Avstraliya yığmasıdır. Komanda pley-off matçında Peruya qalib gəlməklə mundiala vəsiqə qazanıb. 


Əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan görüşün qalibinə penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq olan Avstraliya millisi (5:4) Qətərdə baş tutacaq dünya çempionatında iştirak etmək hüququ əldə edib.

Xəbər xətti