FIFA-dan dünya çempionatı ilə bağlı vacib qərar

20:49 - 23 İyun 2022

FIFA Qətərdə keçiriləcək dünya çempionatında yenilik edəcək.

 

Sportal.az xəbər verir ki, mundialda iştirak edəcək komandalar iştirak ərizəsinə daha çox oyunçunun adını daxil edə biləcək. Yeni qərara əsasən komandaların iştirak ərizəsində yer alacaq futbolçu sayı 23-dən 26-ya yüksəldilib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək gerçəkləşəcək.

Xəbər xətti