Canni De Byazi: "Hələ ölməmişəm, yenidən uğurlu ola bilərəm"

12:07 - 27 İyun 2022

Milli komandamızın baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycandakı həyatı haqda danışıb. O, Bakıda tək yaşadığını deyib:

 

"Azərbaycanda tək yaşayıram. Həyat yoldaşım Koneqliano İtaliyada qalıb, qızım isə Padua Universitetində oxuyur. Yemək bişirməyi bilirəm. Burada italyan restoranları var. Dekabrda koronavirusa yoluxdum, 7 kiloqram arıqladım. Amma sağaldım. Hələ ölməmişəm, yenidən uğurlu ola bilərəm. Ya milli komandada, ya da klubda. Bu, elə də vacib deyil".

Xəbər xətti