Qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abdulazımova açıqlama verib.
Sportal.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə danışan hücumçu Avropa çempionatının təsnifatı və İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış etmək istədiklərini deyib:
“Vaşaş”ın heyətində Macarıstandakı yarışlar başa çatdıqdan sonra Bakıya qayıtmışam. Amma zədələrim olduğuna görə məşqlərə qatıla bilmədim. Bir ay müalicə aldım. Artıq müalicəm başa çatıb və Mingəçevirdə təşkil olunan təlim-məşq toplanışında fərdi məşqlərə başlamışam.
Komandamızda yüksək əhval-ruhiyyə var. Artıq hücumçumuz Odina Əliyeva da bizimlə birgə məşqlərə qoşulub. Bir neçə voleybolçumuz da yaxın günlərdə düşərgədə olacaqlar.
İnanıram ki, Avropa çempionatının təsnifatı və İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edəcək və qarşımıza qoyulan məqsədlərə çatacağıq”.

Millinin hücumçusu: "Komandamızda yüksək əhval-ruhiyyə var"
şl
Oxşar xəbərlər
Voleybol
"Turan" Çempionlar Liqasının qrup mərhələsində
Voleybol
Azərbaycan təmsilçisi 1/16 finala yüksəldi
Voleybol
Həsən Zeynalov: "Komandamızın ən böyük və xüsusi bir fərqi odur ki..."
Voleybol
Tünzalə Ağayeva bu klubumuz üçün himn yazdı
Voleybol
AFFA ilə tərəfdaş olan şirkət sahibi yeni klub yaratdı
Voleybol
Azərbaycan milli komandası Türkiyəyə qarşı
Voleybol
Azərbaycan millisi Rumıniyanı məğlub etdi
Voleybol
