"Barselona"nın baş məşqçisi Xavi komandası ilə birlikdə ABŞ toplanışına gedə bilməyib.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis pasportla bağlı problem yaşayıb. Xavi daha əvvəl 3 dəfə İrana səfər etdiyinə və sənədində bu ölkənin möhürü olduğuna görə ABŞ-a buraxılmayıb.
42 yaşlı çalışdırıcı üçün xüsusi icazə alınacaq və o, bazar ertəsi Kataloniya təmsilçisinin təlim-məşq toplanışına qatılacaq.
"Barselona" ABŞ turu zamanı "İnter Mayami", "Real, "Yuventus" və "Nyu York Red Bull"la hazırlıq matçları keçirəcək.
saytlarin hazirlanmasi