Azərbaycanın qadın voleybolu üzrə millisinin hücumçusu Odina Əliyeva açıqlama verib.
Sportal.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə danışan hücumçu milli komandanın Sloveniyadakı təlim-məşq toplanışı və Konyada keçiriləcək İslam Həmrəyliyi Oyunlarındakı çıxışı haqda bunları deyib:
"İslamiadaya və Avropa çempionatının təsnifat oyunlarına hazırlığımız yüksək səviyyədə davam edir. İyulun 1-dən etibarən mən də millimizin məşqlərinə qoşulmuşam. Məşqlərə başladığım gündən etibarən çalışıram ki, tam formamı yığım. Komandamızda yüksək əhval-ruhiyyə var.
Hazırda Sloveniyada təlim-məşqlərimiz davam edir və burada yerli yığma komanda ilə bir neçə yoxlama matçı da keçirəcəyik. Bu ayın sonunadək Mariborda hazırlığımız davam edəcək. Ardınca Bakıya qayıdacaq və avqustun 5-də Türkiyəyə yola düşəcəyik.
İnanıram ki, İslam Həmrəyliyi Oyunlarında və Avropa çempionatının təsnifat mərhələsində uğurlu çıxış edəcək və qarşımızda qoyulan məqsədlərə çatacağıq".

Milli üzvü: "Komandamızda yüksək əhval-ruhiyyə var"
.l
Oxşar xəbərlər
Voleybol
"Turan" Çempionlar Liqasının qrup mərhələsində
Voleybol
Azərbaycan təmsilçisi 1/16 finala yüksəldi
Voleybol
Həsən Zeynalov: "Komandamızın ən böyük və xüsusi bir fərqi odur ki..."
Voleybol
Tünzalə Ağayeva bu klubumuz üçün himn yazdı
Voleybol
AFFA ilə tərəfdaş olan şirkət sahibi yeni klub yaratdı
Voleybol
Azərbaycan milli komandası Türkiyəyə qarşı
Voleybol
Azərbaycan millisi Rumıniyanı məğlub etdi
Voleybol
