Azərbaycan - Belarus matçlarının hakimləri açıqlandı

10:51 - 28 İyul 2022

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşmaları idarə edəcək hakimlər açıqlanıb.
 
Azərbaycan U-19 – Belarus U-19
29 iyul. Bakı Olimpiya Stadionu, ehtiyat meydança. Saat 18:30
Hakimlər: Kamal Umudlu, Cəmil Quliyev, Eyyub İbrahimov, Emin Əliyev
 
Azərbaycan U-19 – Belarus U-19
31 iyul. Dalğa Arena. Saat 18:30
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Kamran Əliyev

Xəbər xətti