Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarda 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün son oyununu keçirib.
Sportal.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv turnirin bürünc medalları uğrunda görüşündə Əlcəzair yığma komandası ilə qarşılaşıb.
Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha üstün olan (4:3) Azərbaycan millisi İslamiadanın bürünc medallarını qazanıb.
saytlarin hazirlanmasi