"Mançester Yunyted"ə transfer olan Kazemiro "Real"la vidalaşıb.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "kral klubu"nun təşkil etdiyi mətbuat konfransında çıxış edib. 30 yaşlı futbolçu bir gün "Real"a qayıdacağını deyib:
"Bura gələndə məni heç kim tanımırdı. "Real"dan təklif alanda çox həyəcanlandığımı xatırlayıram. Çünki bu klubun dəyərlərini və böyüklüyünü bilirdim. Burada bir çox çempionluq qazandım. Amma ən böyük çempionluq hər gün bazaya məşq etmək üçün gəlmək idi.
Bütün komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Luka Modriç, Toni Kroos... Onları unuda bilmirəm. Birlikdə çox şeyi bacardıq. Bir bün buraya qayıdacağıma əminəm. Mənə göstərilən bu sevginin qarşılığını vermək istəyirəm. Karyeramı "Mançester Yunayted" kimi bir klubda davam etdirəcəyimə görə həyəcanlıyam".
saytlarin hazirlanmasi