"Fənərbaxça"nın qadınlardan ibarət komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Azərbaycan milli komandasının üzvü Nazlıcan Parlakı transfer edib. Bu barədə "sarı-lacivərtlilər"in rəsmi saytı məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi ilə 2022/2023 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Nazlıcan Parlak son olaraq Türkiyənin "Konak Belediyespor" klubunda çıxış edib.
saytlarin hazirlanmasi