İspaniyanın "Sevilya" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisinin müdafiəisi Markao sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı mərkəz müdafiəçisinin əzələsində mikroyırtıq aşkarlanıb. Braziliyalı futbolçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Sevilya" Markaonu yay transfer pəncərəsi zamanı "Qalatasaray"dan transfer edib.
saytlarin hazirlanmasi