"Barselona"nın hücumçusu Pyerr-Emirik Obanmeyanq silahlı hücumça məruz qalıb.
Sportal.az xəbər verir ki, hadisə dünən gecə yerli vaxtla saat 1-də baş verib. 4 nəfər silahlı şəxs ulduz futbolçunun evinə girib. Bu zaman Obameyanq və ailəsi evdə olub.
Soyğunçılar futbolçunun və onun ailə üzvlərinin əllərini bağlıyıblar. Hadisə zamanı oyunçunun çənəsinə dəmir parçası ilə zərbə vurulub. Onlar bir saat əlləri bağlı vəziyyətdə qalıb. Soyğunçular pul və zinət əşyalarının olduğu seyfi açdırıb və orada olanları götürdükdən sonra evdən qaçıblar.
Obameynaq və həyat yoldaşı yüngül xəsarətlər alıb. Soyğunçuların axtarışı davam edir.
saytlarin hazirlanmasi