Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, səfərdə Malta komandası ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb. Millinin qollarını 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova vurub.
Komandamız seçmə mərhələdə son oyununu sentyabrın 6-da, “Dalğa Arena”da Bosniya və Herseqovina millisinə qarşı keçirəcək.
saytlarin hazirlanmasi