Modriç uğurun sirrini açıqladı: "Çox sıxıcı həyatım var"

11:30 - 10 Sentyabr 2022

"Real"ın futbolçusu Luka Modriçin 37 yaşı tamam olur.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi bu münasibətlə Madrid kanalının rəsmi televiziyasına açıqlamalar verib. Təcrübəli futbolçu işini çox sevdiyini deyib:

 

"37 yaşım var. Hamı məndən necə belə qala bildiyimi soruşur. Mənim sirrim yoxdur. 24 saat futbolla yaşayıram və işimi sevərək görürəm. Bazaya məşqdən saat yarım əvvəl gəlirəm. Məşqdən əvvəl narah edirəm və fizioterapevtlərlə məşqöncəsi hazırlıq prosesi həyata keçirirəm. Məşqdən sonra ailəmlə vaxt keçirmək üçün evə gedirəm. Hətta uşaqları məktəbdən özüm gətirirəm. Çox sıxıcı həyatım var, elə deyil?"

 

Qeyd edək ki, Luka Modriç "Real"a 2012-ci ilin yayında "Tottenhem"dən transfer olunub. O, "kral klubu"nun heyətində meydana çıxdığı 442 matçda 33 qol və 73 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti