Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, D qrupunda mübarizə aparan Eldar Yusubovun yetirmələri dünən səfərdə Avstriya komandasının qonağı olub. Yığmamız seçmə mərhələnin son matçında ev sahiblərinə 3:1 (25:14, 25:20, 23:25, 25:15) hesabı ilə qalib gəlib.
Beləliklə, bu matçdan sonra millimiz aktivindəki xalların sayını 12-yə çatdıraraq qrup ikincisi kimi AVRO-2023-ün final mərhələsinə yüksəlib.
Yığmamız 2005-ci ildən başlayaraq final mərhələlərinin daimi iştirakçısıdır. Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AVRO-2023-ün final mərhələsi isə komandamız üçün 10-cu olacaq.

Millimiz Avropa çempionatının final mərhələsinə yüksəldi
çm
Oxşar xəbərlər
Voleybol
"Turan" Çempionlar Liqasının qrup mərhələsində
Voleybol
Azərbaycan təmsilçisi 1/16 finala yüksəldi
Voleybol
Həsən Zeynalov: "Komandamızın ən böyük və xüsusi bir fərqi odur ki..."
Voleybol
Tünzalə Ağayeva bu klubumuz üçün himn yazdı
Voleybol
AFFA ilə tərəfdaş olan şirkət sahibi yeni klub yaratdı
Voleybol
Azərbaycan milli komandası Türkiyəyə qarşı
Voleybol
Azərbaycan millisi Rumıniyanı məğlub etdi
Voleybol
