Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

22:16 - 12 Sentyabr 2022

Slovakiya yığma komandasının UEFA Millətlər Liqasında Azərbaycan və Belarusla oyunlar üçün heyəti açıqlanıb.

 

Sportal.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Frantçesko Kaltsona 27 futbolçuya dəvət göndərib:

 

Qapıçılar: Martin Dubravka ("Mançester Yunayted"), Marek Rodak ("Fulhem"), Dominik Takaç ("Spartak", Trnava)

 

Müdafiəçilər: Petar Pekarik ("Herta", Almaniya), Kristian Vallo ("Visla", Plotsk), Matuş Rusnak ("Jilijna"), Norbert Gimber ("Salernitana"), Milan Şkrinyar ("İnter"),  Lübomir Şatka ("Lex"), David Hantsko ("Sparta", Çexiya), Vernon de Marko ("Slovan"), Martin Valyent ("Malyorka"),  Martin Kostselnik ("Slovan"), Yuray Çvatal ("Siqma")

 

Yarımmüdafiəçilər: Stanislav Lobotka ("Napoli"), Yuray Kuçka ("Slovan"), Miroslav Kaçyor ("Dunayska Streda"), Laslo Beneş ("Hamburq"), Matuş Bero ("Vitess"), David Dyuriş, ("Jilina"), Patrik Qoroşovski ("Genk")

 

Hücumçular: Erik Yirka ("Viktoriya", Plzen), İvan Şrants, Lukaş Haraslin (hər ikisi "Slaviya", Praqa), Martin Reqali ("Rujomberok"), Robert Bojenik ("Boavişta"), Samuel Mraz ("Mirandes"), Adam Zrelyak ("Varta")

 

Qeyd edək ki, sentyabrın 22-də Trnavadakı Anton Malatinski stadionunda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər xətti