Xavi: "Gəncləri oynatmaqdan çəkinmirəm"

14:35 - 13 Sentyabr 2022

"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqası qrup mərhələsinin "Bavariya" ilə oyunundan öncə mətbuat konfransında açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis gənc futbolçulara şans verməkdən çəkinmədiyini bildirib:

 

"Mənim üçün futbolçunun hansı formada olmağı və meydanda göstərdiyi xarakter onun təcrübəli olmasından daha önəmlidir. Gəncləri oynatmaqdan çəkinmirəm. Bir oyunçu yaxşıdır, fiziki olaraq hazırdırsa və meydanda əlindən gələni edirsə, formaya layiqdir"

 

Qeyd edək ki, "Bavariya" - "Barselona" qarşılaşması bu gecə Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti