İspaniyanın "Betis" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumçusu Xuanmi topuğundan sıradan çıxıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Avropa Liqasının qrup mərhələsinin HİK-lə səfər matçında (2:0) zədələnən forvard azı 3 ay olmayacaq.
İspaniya millisinin üzvü Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.