Xorvatiyanın "Dinamo" klubunun hücumçusu Mahir Emreli Azərbaycan milli komandasına dəvət alıb.
Sportal.az xəbər verir ki, 25 yaşlı forvard yığmamızın Millətlər Liqasında Slovakiya və Qazaxıstana qarşı keçirəcəyi oyunlar üçün heyətə çağırılıb. Bu barədə "Sportske Novosti" nəşri məlumat yayıb.
Mahir Emreli bu mövsüm "Dinamo"nun heyətində meydana çıxdığı 6 oyunda 1 qola imza atıb.
Azərbaycan yığması sentyabrın 22-də Slovakiyanın qonağı olacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.