UEFA Millətlər Liqasının Azərbaycan və Belarusla oyunlarından öncə Slovakiya milisinin heyətində dəyişiklik edilib.
Sportal.az yerli federasiyanın saytına istinadən xəbər verir ki, "Slaviya"nın (Praqa) hücumçusu İvan Şrants zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə milliyə "Slovan"dan (Bratislava) David Hrnçar yığmaya cəlb olunub.
Qeyd edək ki, sentyabrın 22-də Trnavadakı Anton Malatinski stadionunda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
saytlarin hazirlanmasi