"Valensiya" gürcü qapıçı ilə 5 illik müqavilə imzaladı

17:36 - 19 Sentyabr 2022

İspaniyanın "Valensiya" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi qapıçı Giorgi Mamardaşvilinin sözləşməsinin müddətini uzadıb. Gücrü qolkiper 2027-ci ilin yayına kimi İspaniya klubunun uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, "Valensiya" Giorgi Mamardaşvilini bu ilin yanvar ayında Tbilisi "Dinamo"sundan transfer edib. 21 yaşlı "əlcək sahibi" cari mövsümdə "yarasalar"ın heyətində 6 La Liqa matçında meydana çıxıb.

Xəbər xətti