Slovakiya milli komandasının futbolçusu Laslo Beneş UEFA Millətlər Liqasının Belarus və Azərbaycanla oyunlarından əvvəl açıqlama verib.
Sportal.az xəbər verir ki, "Hamburq"da çıxış edən 25 yaşlı yarımmüdafiəçi xoşagəlməz rəqiblərlə oynayacaqlarını deyib:
"Bizi xoşagəlməz rəqiblər gözləyir. Bunun öhdəsindən gəlmək üçün yaxşı hazırlaşmalıyıq. Bizim yüksək səviyyəli oyunçularımız var. Hansı nəticələrin qeydə alındığını birlikdə görəcəyik".
Qeyd edək ki, Slovakiya yığması sentyabrın 22-də Azərbaycan millisini, 3 gün sonra isə Belarusu qəbul edəcək.
saytlarin hazirlanmasi