"Barselona"nın maliyyə hesabatı açıqlandı

21:32 - 20 Sentyabr 2022

İspaniyanın "Barselona" klubu 2021/2022 mövsümünün maliyyə hesabatını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, başa çatan mövsümdə Kataloniya təmsilçisi 1 milyar 17 milyon avro gəlir əldə edib. Xərclər çıxıldıqdan sonra klubun 1 il ərzindəki xeyiri 98 milyon avro olub.

 

"Barselona"nın İdarə Heyətinin qərarı ilə klubun 2022/2023 mövsümü üçün büdcəsi təsdiqlənib. Büdcə 1 milyard 255 milyon avro məbləğində müəyyənləşdirilib. La Liqa klubunun növbəti mövsümdə gəlir gözləntisi isə 274 milyon avrodur.

Xəbər xətti