"İnter"in müdafiəçisi: "Azərbaycanla oyunda hər şey bizdən asılı olacaq"

20:24 - 21 Sentyabr 2022

Slovakiya yığmasının kapitanı Milan Şkrinyar UEFA Millətlər Liqasının sabah Azərbaycanla keçiriləcək oyunundan öncə mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, "İnter"də çıxış edən 27 yaşlı mərkəz müdafiəçisi millimizlə keçirəcəkləri matç haqda fikirlərini bildirib:

 

"Dil problemi yoxdur, tərcüməçi baş məşqçinin fikirlərini tərcümə edir. Onun işi çox olanda isə İtaliyada oynayan mən və digər futbolçular kömək edəcəyik. Məşqçi bizim çox qaçmağımızı istəyir. Bu, sabahkı matçda görünəcək. İstədiklərimizi oyunda etməliyik. Milli komandanın kapitanı olduğum üçün xoşbəxtəm. Azərbaycanla oyunda hər şey bizdən asılı olacaq".

 

Qeyd edək ki, Slovakiya - Azərbaycan qarşılaşması sabah Bakı vaxtilə saat 22:45-də start götürəcək.

Xəbər xətti