UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turunda bu gün Azərbaycan yığması ilə qarşılaşacaq Slovakiyanın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, millinin əsas qapıçısı Martin Dubravka sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Zədələnən qolkiper düşərgəni tərk edib.
Dubravkanın əvəzinə yığmaya Frantişek Plax dəvət olunub.
Qeyd edək ki, Slovakiya - Azərbaycan qarşılaşması bu gecə Bakı vaxtilə saat 22:45-də baş tutacaq.