Milli komandamızın futbolçusu Bəhlul Mustafazadə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında "CBC Sport" kanalına açıqlama verib.
Sportal.az xəbər verir ki, 25 yaşlı mərkəz müdafiəçisi sona qədər mübarizə apardıqlarını deyib:
"Oyuna istədiyimiz kimi başlamadıq. Slovakiya kifayət qədər yaxşı rəqib idi. Toparlandıq və qol vurduq. Son dəqiqələrdə qol buraxsaq da, qələbə qazana bildik. Sona qədər mübarizə apardığımız üçün şadıq. Qazaxıstanla oyuna da qələbə üçün çıxacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik".
saytlarin hazirlanmasi