UEFA Millətlər Liqasında 5 turdan sonra qapıçıların statistik göstəriciləri açıqlanıb.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşılar arasında Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin də adı var. 28 yaşlı "əlcək sahibi" 5 oyunda 17 qurtarış edərək 4-cü pillədə qərarlaşıb.
İlk sırada Qazaxıstan yığmasının qapıçısı İqor Şatskix (5 oyun, 21 seyv), ikinci yerdə Antoni Moris (Lüksemburq), üçüncü yerdə Benyamin Byühel (Lixtenşteyn) yer alıb.
saytlarin hazirlanmasi