Qazaxıstan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin son oyununda Azərbaycanın qonağı olacaq.
Sportal.az xəbər verir ki, yığmanın futbolçusu Abılayxan Jumabek matçdan öncə yerli federasiyanın mətbuat xidmətinə açıqlama verib. O, Bakıda qələbə qazanmaq istədiklərini deyib:
"Daha bir matçımız var. Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik. Baş məşqçi dedi ki, turnir hələ bitməyib. Son oyunda qalib gəlməliyik".
Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü sabah saat 20:00-da "Dalga Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi