"Barselona" daha bir müdafiəçinin xidmətindən məhrum oldu

21:10 - 24 Sentyabr 2022

İspaniyanın "Barselona" klubunun heyətində daha bir itki baş verib.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Ronald Arauxo sıradan çıxıb.23 yaşlı futbolçu Uruqvay millisinin İranla keçirdiyi yoldaşlıq oyununda zədələnib.

 

Mərkəz müdafiəçisinin təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.

 

Qeyd edək ki, "Barselona"nın digər müdafiəçisi Jül Kunde də Fransa millisinin Avstriya ilə matçında (2:0) zədələnib.

Xəbər xətti