19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirib.
Sportal.az xəbər verir ki, millimiz Bolqarıstanın Albena şəhərində keçirilən matçda lüksemburqlu yaşıdları ilə qarşılaşıb. Görüş yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Miloş Velebitin rəhbərlik etdiyi milli ilk oyunda Bolqarıstana 0:1, ikinci turda isə Türkiyəyə 1:5 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi