"Barselona"nın zədəli futbolçusu Hektor Bellerinin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, dünən məşq zamanı xəsarət alan 27 yaşlı sağ cinah müdafiəçisinə sol ayağının alt əzələsinin zədələnməsi diaqnozu qoyulub. İspaniyalı futbolçunun bərpa prosesi 3-4 həftə çəkəcək.
Qeyd edək ki, Hektor Bellerin yay transfer pəncərəsi zamanı "Barselona"ya keçib. O, Kataloniya təmsilçisinin heyətində 2 La Liqa matçında meydana çıxıb.
saytlarin hazirlanmasi