"Barselona"nın futbolçusu Frank Kessi zədəsini sağaldıb.
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub. Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahili millisinin üzvünün adı Çempionlar Liqası qrup mərhələsinin dördüncü turunun "İnter"lə görüşünün iştirak ərizəsinə daxil edilib.
Qeyd edək ki, Frank Kessi "İnter"lə İtaliyada baş tutan ilk matçda zədələnmişdi.
saytlarin hazirlanmasi