UEFA Çempionlar Liqası qrup mərhələsinin dördüncü turunun "Şaxtyor"la matçında zədələnən "Real"ın futbolçusu Antonio Rüdigerin durumu bəlli olub.
Sportal.az xəbər verir ki, qarşılaşmanın son dəqiqəsində bərabərlik qolunu vuran zaman rəqib qapıçı ilə toqquşan almaniyalı müdafiəçinin durumu ciddi deyil.
29 yaşlı futbolçu da heç bir sümük sınığı aşkarlanmayıb. Təcrübəli müdafiəçi həftəsonu "Barselona" ilə "El Klasiko"da oynaya biləcək. Rüdiger meydana üzü üçün hazırlanmış xüsusi maska ilə çıxacaq.
Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması 16 oktyabr tarixində, Bakı vaxtilə saat 18:15-də baş tutacaq.
saytlarin hazirlanmasi