Neymar həbs cəzası ilə üz-üzə: Futboldan uzaqlaşdırıla bilər

15:25 - 17 Oktyabr 2022

Neymarın 2013-cü ildə "Santos"dan "Barselona"ya transferində qanunsuzluq və rüşvət iddiaları ilə bağlı məhkəmə prosesi başlayıb.

 

Sportal.az xəbər verir ki, Barselona məhkəməsində baxılan işdə Neymar, onun atası Neymar Da Silva Santos, anası Nadine Qonçavles, "Barselona"nın keçmiş prezidentləri Sandro Rozell, Xosep Mario Bartomeu və "Santos"un sabiq rəsmilərindən Odilyo Rodriqes mühakimə olunur.

 

Braziliyalı futbolçunun 17 yaşında (2009-cu il) transfer haqlarının 40 faizini alan və onun "Barselona"ya keçidi zamanı onlara aid olan məbləği ala bilməyən DIS şirkəti Neymar haqda 5 il həbs, futbol fəaliyyətinin qadağan olunması və 159 milyon avro pul cəzası verilməsini tələb edir. Şirkət həmçinin Rozell və Bartomeu üçün də 5 il həbs, 6 il idman fəaliyyətinin qadağan olunması və 195 miyon avro pul cəzası verilməsini istəyir.

 

Prokurorluq isə Nermata 2 il həbs, 3 il futboldan uzaqlaşdırılma və 10 milyon avro pul cəzası tələb edib.

 

Məhkəmə prosesinin 31 oktyabr tarixində başa çatacağı bildirilir. Proses zamanı "Real"ın prezidenti Florentino Peres, keçmiş futbolçu, hazırda "Barselona" idarə heyətində yer alan Andoni Zubizarreta da şahid qismində ifadə verəcək.

 

Neymarın vəkilləri irəli sürülən ittihamlarla Braziliyada cəza almadığına görə İspaniya məhkəməsinin futbolçunu mühakimə edə bilməyəcəyini bildirir. PSJ-nin hücumçusu 21 oktyabr tarixində məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verəcək.

Xəbər xətti