Mövsümün ən çox qol vuran futbolçusuna verilən "Gerd Müller mükafatı"nın qalibi olan Robert Levandovski açıqlama verib.
Sportal.az xəbər verir ki, polşalı forvard növbəti mövsümdə də mükafat uğrunda mübarizə aparacağını bildirib. 34 yaşlı qolçu hazırda "Mançester Siti"də yaxşı mövsüm keçirən Erlinq Haalandla rəqabətə hazır olduğunu deyib:
"Mövsüm çox uzundur. Mən də "Barselona"da yeni dönəmə girdim. İlk gündən bu klubda özümü yaxşı hiss edirəm. Hələ çox qol vurmaq şansım var. Əminəm ki, hamımız birlikdə bunu bacaracağıq. Hər zaman hazır olmalısın. Rəqabətin olduğunu və yeni adların gəldiyini bilirəm. Amma yenə də buradayam və hələ son sözümü deməmişəm".
Qeyd edək ki, Robert Levandovski 2021/2022 mövsümündə meydana çıxdığı 56 matçda 57 qol vurub.
saytlarin hazirlanmasi