İspaniyanın "Valensiya" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi Xose Luis Qayanın sözləşməsinin müddətini uzadıb. Bu barədə "yarasalar"ın rəsmi saytı məlumat yayıb.
27 yaşlı sol cinah müdafiəçisi ilə 2027-ci ilin 30 iyun tarixinədək nəzərdə tutulan müqavilə imzalanıb.
Xose Luis Qaya "Valensiya"nın yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 6 La Liqa matçında 2 qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, "Barselona", PSJ və "Mançester Yunayted" Qayanı transfer etmək istəyirdi.
saytlarin hazirlanmasi