Ansu Fati "Barselona"dan ayrılmaq istəyir

20:40 - 27 Oktyabr 2022

Ansu Fati "Barselona"dakı durumundan məmnun deyil.

 

Sportal.az xəbər verir ki, əsas heyətə düşə bilməyən 20 yaşlı vinger komandadan ayrılmaq istəyir. İspaniyalı futbolçunun meneceri Jorje Mendeş klub rəhbərliyi ilə görüşərək onun durumunu müzakirə edəcək.

 

Gənc oyunçuya heyətdə şans verilməsə, onun yayda Kataloniya təmsilçisindən ayrılmaq ehtimalı var.

 

Qeyd edək ki, Ansu Fatinin "Barselona" ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. İspaniya millisinin üzvünün sərbəstqalma məbləği 1 milyard avrodur. Fati cari mövsümdə "Barselona"nın heyətində 11 matçda meydana çıxıb.

Xəbər xətti