İspaniyanın "Real" klubu Vinisius Juniorla yeni müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. "Kral klubu" braziliyalı vingerin sözləşməsinin müddətini 2027-ci ilin yayına kimi uzadıb.
Yeni müqavilədə 22 yaşlı vingerin maaşı artırılıb. Rəsmi açıqlamanın yaxın günlərdə ediləcəyi bildirilir.
Qeyd edə ki, Vinisius "Real"a 2018-ci ilin yayında "Flamenqo"dan transfer olunub. Braziliya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 17 matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi