Məşhur futbolçunun otelində kütləvi məzarlıq aşkar olundu

19:20 - 1 Noyabr 2022

"Barselona"nın futbolçusu Jerar Pikenin sahibi olduğu otelin həyətində kütləvi məzarlıq aşkar olunub.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçinin Malaqa yaxınlığındakı Kosta Del Sol bölgəsində yerləşən otelin altında 250 məzar tapılıb.

 

Məzarların bir neçə əsr əvvələ aid olduğu bildirilir. Aparılan araşdırmalardan sonra neçənci əsrə aid olduğu məlum olacaq.

 

Qeyd edək ki, Pike həmin oteli 2015-ci ildə 20 milyon dollara alıb.

Xəbər xətti