La Liqa klubu baş məşqçisini istefaya göndərdi

17:28 - 2 Noyabr 2022

İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Selta" Eduardo Koudetlə yollarını ayırıb. Bu barədə Viqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, Eduardo Koudet 2020-ci ilin noyabr ayından "Selta"nı çalışdırırdı. Komanda hazırda La Liqada 11 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

 

Resim

Xəbər xətti